“TEKNOFEST Azərbaycan”ın açılışına hazırlıq - FOTO - VİDEO

Bakıda baş tutacaq “TEKNOFEST Azərbaycan” ilə bağlı bu gün akkreditasiyadan keçmiş jurnalistlər üçün mediatur təşkil edilib.
Avtosfer.az xəbər verir ki, mediatur çərçivəsində jurnalistlərin ərazi ilə tanışlığı həyata keçirilib.
Ərazidə əsas səhnə, aidiyyəti üzrə qurumların sərgi keçirilməsi üçün xüsusi çadırlar nəzərdə tutulub. Müdafiə Sənayesi Nazirliyi, Müdafiə Nazirliyi və digər qurumların texnikaları nümayiş olunub.
Mediatur rəhbəri kimi jurnalistlərə məlumat verən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müşaviri Rəşad Bayramov bildirib ki, dünyanın ən müasir texnologiya festivalı Türkiyə hüdudlarından kənarda ilk olaraq Azərbaycanda keçiriləcək:
“Bir neçə gün sonra 26-29 may tarixlərində “TEKNOFEST Azərbaycan” festivalı start götürəcək. Festivalda həm yerli, həm də xarici qonaqlar iştirak edəcək. Festival çərçivəsində müxtəlif texnologiya festivalları keçiriləcək və onların qalibləri müəyyən olunacaq. Azərbaycanın və Türkiyənin Müdafiə Nazirliyinin nümayəndələri iştirak edəcək, eləcə də pilotlar aviaşoular göstərəcək. Su üzərində unikal, məşhur uçan adam şousu, “Flyboard” şousu məhz ilk dəfə bu festival çərçivəsində nümayiş ediləcək”.
O qeyd edib ki, festival bu gün istər azərbaycanlı, istərsə də türkiyəli gənclərin texnologiya sahəsində inkişafı üçün böyük əhəmiyyət kəsb edir:
“Bu gün ölkəmizdə texnologiyanın inkişafı, bu sahəyə marağın artırılması prioritet təşkil edir. Bu platformadan hər bir kəs qalib olaraq çıxacaq”.
Oxu.Az
İranın Hörmüz boğazına nəzarəti dünya iqtisadiyyatını riskə atır? - ARAŞDIRMA
Tərbiyə məqsədilə uşağı döyən valideyn və müəllimlər cərimələnəcək - MƏBLƏĞ BİLİNDİ
ABŞ-İsrail-İran münaqişəsində nüvə silahı istifadə edilsə nə baş verər? - Ekspert AÇIQLADI
Bu ödənişlərə komissiya gəlir - Pulunuz TUTULACAQ - FOTO
Prezidentdən neftin bahalaşması ilə bağlı AÇIQLAMA
Şuşaya aparan döyüş yolu, DQ-nin tarixi missiyası - DİN açıqladı
Könül Həmzəyeva saxlanıldı
Ramazan ayının iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Bakı və Gəncədə avtobus marşrutları Google Maps-də görünəcək
Baş nazirdən cərimələrin qaytarılması ilə bağlı VACİB QƏRAR
Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA










