Tələbə qızlar mühafizə polisinə müraciət etdilər...

Oktyabrın 11-də Bakı Dövlət Universitetinin yaxınlığında iki qız həmin ərazidə xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşlarına müraciət edərək mobil telefonlarının oğurlandığını bildiriblər. Bu zaman yaxınlıqdan bir şəxsin qaçaraq ərazini tələsik tərk etməsi polis əməkdaşlarının gözündən yayınmır. Dərhal görülən tədbirlərlə həmin şəxs yaxalanıb. Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə gətirilən şübhəlinin üzərinə baxış keçirilib, «Samsung» və «İphone -7» markalı mobil telefonlar aşkar edilərək maddi sübut kimi götürülüb. Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Elman Əliyev olduğu, oğurladığı mobil telefonların isə Bakı Dövlət Universitetinin tələbələri olan həmin qızlara məxsus olduğu məlum olub. Faktla bağlı araşdırma aparılır.
Xəyalə Məmmədova,
DİN Mətbuat Xidmətinin əməkdaşı
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












