"Tələbələrə nəqliyyatda 10 qəpik endirim tətbiq olunmalıdır" - TƏKLİF

Tələbələrin sosial rifahını dəstəkləmək məqsədilə Tələbənin İnkişaf Fondu tərəfindən verilən kartlar vasitəsilə onlar muzeylər, alış-veriş mərkəzləri və iaşə obyektlərində müəyyən güzəştlərdən faydalana bilirlər. Dünəndən etibarən isə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri pilot layihə çərçivəsində metrodan istifadə zamanı kartlardan yararlana bilirlər.
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirdi ki, Tələbənin İnkişaf Fondu tərəfindən tələbələrə verilən kartlar vasitəsilə onlar bir çox sosial istiqamətlərdən faydalana bilirlər. Onun sözlərinə görə, bura muzeylər, alış-veriş mərkəzləri, kitab və dəftərxana ləvazimatları satış yerləri və sair ərazilər daxildir:
.jpg)
"Tələbələr bu yerlərdə müəyyən güzəştlər qazanır və ya etdikləri ödəniş onlara hədiyyə və ya kəşbek formasında geri qayıdır. Əsas məqsəd tələbələrin nəqliyyatdan istifadə edərkən onlara müəyyən güzəştlər tətbiq olunmasıdır. Dünəndən İqtisad Universitetində pilot layihə olaraq belə bir tətbiqə başlanılıb. Tələbələr metrodan istifadə zamanı mövcud kartlardan yararlanmağa başlayıblar. Əgər bu tətbiq bütün ali təhsil müəssisələrini əhatə edərsə, yalnız paytaxtla məhdudlaşmayaraq bölgələrdəki ali təhsil müəssisələrini, o cümlədən orta ixtisas təhsil müəssisələrini, yəni kollecləri də əhatə edərsə, nəticələr daha müsbət xarakter daşıyar. Düşünürəm ki, tələbələr nəqliyyatdan istifadə edərkən, əvvəlki ənənəvi ödəniş sistemi, məsələn, 50 qəpik nəzərə alınaraq, onlara ən az 10 qəpik endirim tətbiq olunması məqsədəuyğun olar. Belə yanaşma tələbələrin sosial vəziyyətini dəstəkləyir, çünki təhsil aldıqları müddətdə onların maliyyə ehtiyacları daha yüksəkdir. Başqa istiqamətlərdə isə, tələbələrin istifadə etdiyi məkanlar, əsasən əyləncə mərkəzləri, muzeylər, teatr və kino kimi yerlər, həmçinin iaşə obyektləri ola bilər. Bütün bu obyektlərdə tələbələrə müəyyən güzəştlərin tətbiqi onların sosial rifahına müsbət təsir göstərər".
Ramazan ayının iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - VİDEO
Çin şirkətindən yeni kəşf; batareyalar 5 dəqiqəyə 70% dolacaq - RƏSMİ
Azərbaycanda benzin bahalaşacaq? - AÇIQLAMA
Paytaxtda bu yollarında tıxac var - SİYAHI
İranın Hörmüz boğazına nəzarəti dünya iqtisadiyyatını riskə atır? - ARAŞDIRMA
Tərbiyə məqsədilə uşağı döyən valideyn və müəllimlər cərimələnəcək - MƏBLƏĞ BİLİNDİ
ABŞ-İsrail-İran münaqişəsində nüvə silahı istifadə edilsə nə baş verər? - Ekspert AÇIQLADI
Bu ödənişlərə komissiya gəlir - Pulunuz TUTULACAQ - FOTO
Prezidentdən neftin bahalaşması ilə bağlı AÇIQLAMA
Şuşaya aparan döyüş yolu, DQ-nin tarixi missiyası - DİN açıqladı










