Tələbələri daşıyan avtobus aşdı: 3 ölü, onlarla yaralı - VİDEO - FOTO

Bu gün axşam saatlarında Xızı rayonu, Xələflər kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, içərisində tələbələr olan "Hyundai" markalı avtobus yoldan çıxaraq dərəyə aşıb. İlkin məlumata əsasən, qəza nəticəsində 3 nəfər ölüb, yaralananların sayı isə 21-dir. Yaralılar Xızı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəsarət alanların xəstəxanalara aparılması üçün Xızı, Siyəzən və Sumqayıtdan təcili-tibbi yardım briqadalar cəlb olunub.
Qəzada xəsarət alan 15 nəfərin şəxsiyyəti məlum olub. Onlar 2005-ci il təvəllüdlü Nigar Kazımlı, 1965-ci il təvəllüdlü İndira, Ziba Rəhimova, Lalı Rəhmanova, 1950-ci il təvəllüdlü Qafar Abdullayev, 1951-ci il təvəllüdlü Çaylar Mikayılov, Rasim Rzayev, Leyla Fəryadova, İsmayıl Feyzullayev, 1966-cı il təvəllüdlü Əsəd Qurbanov, 1954-cü il təvəllüdlü Nizami Abdullayev, İradə Əliyeva, Fərqanə Fərzəliyeva, Hədiyyə Əliyev, Vüsalə Ağabəylidir.
Ölən iki nəfər isə Sumqayıt Dövlət Texniki Kollecinin müəllimi 1984-cü il təvəllüdlü Hacıyev Kamil İslam oğlu və kollecin yeməkxanasında çalışan Dilarə adlı xanımdır. Ölən 3-cü şəxsin kimliyi müəyyənləşdirilir.
Zərərçəkənlərin əksəriyyəti Sumqayıt Dövlət Texniki əməkdaşlarıdır.
***
Mayın 29-da Xızıda baş verən yol qəzası nəticəsində ölən sərnişinlərdən sonuncusunun da şəxsiyyəti müəyyənləşib. Həmin şəxs Sərxan Abdullayevdir. Bu barədə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından bildirilib.
Hadisənin başvermə səbəbi hələ ki, məlum deyil. Faktla bağlı araşdırmalar davam etdirilir.
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO















