"TələbəPlus" kartından avtobuslarda güzəşt tətbiqi niyə ləngiyir? - VİDEO

Bir neçə ay əvvəl "TələbəPlus" kartları tələbələrin istifadəsinə verilib.
Avtosfer.az İTV-yə istinadən xəbər verir ki, bu kartlar universitetə giriş və çıxışı təmin etməklə yanaşı debet bank kartı və tələbələrin təqaüd kartı kimi də yararlıdır. Əsas üstünlüyü imtiyaz və endirimlər təqdim etməsidir. Amma tələbələr bu fürsətin ictimai nəqliyyatda da rol oynamasını istəyirlər.
Onlar bildiriblər ki, yol xərcləri kifayət qədər çoxdur.
Təhsil üzrə mütəxəssislər isə düşünürlər ki, bir çox Avropa ölkələrinin təcrübəsində özünü doğruldan "nəqliyyatda tələbələrə güzəştlər"in ölkəmizdə də həyata keçirilməsi yaxşı olardı.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, müxtəlif əhali qruplarından olan şəxslərə ictimai nəqliyyatda güzəştli gediş haqlarının tətbiqi üçün xüsusi infrastruktur qurulmalı, nağdsız ödənişlərə keçid tam təmin edilməlidir.
Ətraflı süjetdə:
Ramazan ayının iyirmi beşinci gününün duası - İmsak və iftar vaxtı
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək
Benzinin qalxması elektromobillərə marağı artır – ABŞ-də
Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ
Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək verilir? – RƏSMİ AÇIQLAMA
Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO
Bir piyadaya görə 60 nəfər dayanır - Ekspert
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Uşağı döyən valideyn 200 manat cərimələnəcək, bəs sonra? - EKSPERT RƏYİ










