Tələblərə cavab verməyən avtobuslar sərnişindaşımadan kənarlaşdırılacaq - Bakıda

Marşrutların müvəqqəti istismara verilməsi Nazirlər Kabinetinin müvafiq qərarına əsasən müsabiqə yolu ilə həyata keçiriləcək. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli qurumun bir illik fəaliyyətinə həsr olunmuş mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu sahədə mövcud vəziyyətin normallaşdırIlması istiqamətində 2017-ci ildə kompleks tədbirlər görülməsi nəzərdə tutulub: "Maddi-texniki bazası tələblərə cavab verməyən daşıyıcılar mərhələli şəkildə sərnişindaşıma sistemindən kənarlaşdırılacaq. İlk belə müsabiqə 2017-ci ilin yanvar ayına nəzərdə tutulub".
V.Kərimli qeyd edib ki, paytaxtda fəaliyyət göstərən sərnişin avtobuslarının əksəriyyəti Bakı Nəqliyyat Agentliyinin tələblərinə cavab vermir:
"Bakı şəhərində müntəzəm sərnişindaşıma ilə məşğul olan 58 marşrutdan cəmi 17-nin maddi-texniki istehsalat bazası var, əksəriyyəti qoyulan tələblərə cavab vermir. Təəssüflər olsun ki, bu gün hələ də bir sıra marşrut avtobusları xəttə qarajlardan deyil, müxtəlif məhəllələrdən çıxır".
Baş direktor əlavə edib ki, hazırda Bakı şəhərində sərnişindaşımada 58 marşrut üzrə 2100 avtobus istifadə edilir. Agentlik sərnişinlərin təhlükəsizliyi ilə əlaqədar marşrut xətlərində mütəmadi yoxlamalar aparır, yaranan nöqsanlar aradan qaldırılır.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












