Telefon alarkən diqqətli olun - Yeni fırıldaqlıq - VİDEO

İşlənmiş telefon aldılar, bir müddət sonra işləmədi. Belə bir hadisə Nizami rayonunda fəaliyyət göstərən telefon mağazalarının sahiblərinin başına gəlib. Belə ki,vətəndaşlardan aldıqları işlənmiş telefonları təzədən satdıqdan sonra müştərilər onlara müraciət edərək telefonların işləmədiyini bildirib. Buna səbəb isə telefonların köhnə sahiblərinin qalan kredit borcu olmasıdır. Mağaza sahiblərinin sözlərinə görə, onlar işlənmiş telefon alan zaman sadəcə qarşı tərəfin şəxsiyyət vəsiqəsi ilə alqı-satqı əməliyyatını edirlər. Bu aldıqları telefonun kredit borcunun olduğunu müəyyənləşdirmək isə mümkün olmur. Kredit borcuna görə mobil telefonların satışını həyata keçirən şirkətlərin müraciəti əsasında, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən belə cihazların istifadəsi dayandırılır. Müştərilər gətirib belə telefonları geri qaytardıqlarına görə satıcılar da əmməli-başlı ziyana düşür.
Hüquqşunaslar isə deyir ki, telefonun orcu olduğunu bilərək bunu başqasına satan vətəndaşlar məsuliyyat daşıyırlar. Bu halla qarşılaşan şəxslər hüquq mühafizə orqanlarına və məhkəməyə müraciət edə bilərlər.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












