Telefon balışın altında yandı

Amerikanın Texas ştatında yaşayan Ariel Tolfree telefonunu yastığın altına qoyaraq yatıb. Avtosfer.az-ın musavat.com-a istinadən xəbərinə görə, bir müddət sonra oyanan balaca qız otağın çox ağır bir yanıq qoxusu ilə dolduğunu fərq edib. Balışdan başını çəkəndə Tolfree gördüklərinə inanmayıb. Balışının altına qoyduğu telefon əriyib və yanmağa başlayıb.
Bu hadisəyə görə qızın ailəsi telefonu istehsal edən şirkətdən məhkəməyə şikayət edib. Amma şirkət nümayəndələri bildiriblər ki, məhsulları olduqca təhlükəsizdir və telefonun istifadə qaydalarında da “telefonun hava axını məhdudlaşdırılarsa, yanğına səbəb ola bilər” xəbərdarlığı yazılıb. Ailə bu xəbərdarlıqdan xəbərsiz olduğunu deyərək, açıqlamaya etiraz edib.
İstehsalçı firma isə gələn bu etirazlara qarşılıq olaraq, yanan telefonu araşdırmaq istədiklərini deyiblər. Bundan başqa, Arielin telefonu, yatağı, yastığı və yataq dəstinə dəyən ziyanı da firma ödəyəcək.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












