Telefon oğruları yaxalanıb

Oktyabrın 20-də metronun “Elmlər Akademiyası” stansiyası ərazisində xidmət aparan Metroplitendə Polis Şöbəsinin əməkdaşlarına yaxınlaşan bir gənc 2 naməlum şəxsin mobil telefonunu alaraq qaçdığını bildirib.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşları dərhal həmin şəxsləri təqib edərək yaxalayıblar. Araşdırmalarla onların Cəlilabad rayon sakinləri, əvvəllər məhkum olunmuş Kənan Əliyev və Əli Həsrətov olduqları məlum olub. Müəyyən edilib ki, onlar səhər saat 8.00 radələrində metro stansiyasının qarşısında tələbə Kamran Məmmədzadəyə yaxınlaşıblar və sonuncunun mobil telefonundan zəng etmək üçün konturun olub-olmadığını soruşublar. Onlardan biri kiməsə zəng etmək üçün telefonu alaraq danışmaq adı ilə kənara çəkilib. Kamranın yanındakı ikinci şəxs isə qaçıb aradan çıxmağa çalışıb. Üzərlərinə baxış zamanı K.Məmmədzadəyə məxsus mobil telefon aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










