"Telefonunuza göndərilən kodları heç kimlə paylaşmayın" - İKTA-dan XƏBƏRDARLIQ - FOTO

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu - İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) vətəndaşları SMS-lə göndərilən birdəfəlik təsdiq kodları (OTP) ilə bağlı artan dələduzluq halları barədə xəbərdar edir. Avtosfer.az xəbər verir ki, bu barədə İKTA məlumat yayıb.
Xəbərə görə, son təhlillər göstərir ki, bank və mesajlaşma tətbiqlərinə icazəsiz giriş hallarının əsas səbəbi təhlükəsizlik kodlarının üçüncü şəxslərlə paylaşılmasıdır:
"İKTA bildirir ki, heç bir bank, dövlət qurumu, mobil operator və ya mesajlaşma tətbiqi istifadəçidən SMS kodunu tələb etmir. Belə zənglər və mesajlar dələduzluq məqsədi daşıyır.
İKTA vətəndaşları aşağıdakı tövsiyələrə əməl etməyə çağırır:
- Cihazınıza göndərilən kodları (SMS, OTP) heç kimlə paylaşmayın;
- Şübhəli linklərə daxil olmayın və şəxsi məlumatları verməyin (xüsusən sizə e-maillə göndərilən və ya təkidlə məsləhət bilinən);
- SMS əvəzinə, tətbiq üzərindən ikifaktorlu təsdiqləməni aktiv edin (Two-Step Verification, push bildirişlər və s.);
- Cihazlarınıza (mobil telefon, planşet, kompüter) naməlum mənbələrdən tətbiqlər yükləməyin;
- Şübhəli fəaliyyət gördükdə dərhal bank və mobil operatorla əlaqə saxlayın.
Agentlik bəyan edir ki, təhlükəsizlik yalnız texniki vasitələrlə deyil, həm də sizin diqqət və davranışınızla təmin olunur. Şəxsi məlumatlarınızı qoruyun!"


Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA
Pulsuz dönər aksiyasındakı izdiham müzakirələrə səbəb oldu - VİDEO
İran körfəzdə hərəkəti dayandırıb; neft və qaz bahalaşır - POLİTOLOQ
İrana hücumun əks-sədası: Çin yanacaq ixracını dayandırdı
Bakı yollarında 21 istiqamətdə sıxlıq var
Ramazan ayının iyirmi birinci gününün duası - İmsak və iftar vaxtı
Dayanacağın yanında parkalanan maşınlar avtobusa maneə yaradır - 69-BB-079 - FOTO
Yaxın Şərqdəki müharibə Cənubi Qafqaza necə təsir edəcək? – Politoloq AÇIQLADI
Paytaxtın 14 küçəsində tıxac var - SİYAHI
İsrail ŞOK siyahı yaydı – Onlar da ÖLDÜRÜLƏCƏK - FOTO
Pezeşkian bu gün üzr istəyir, sabah İran yenə qonşularına dron hücumu edir - POLİTOLOQ










