Telejurnalist ''Araz'' marketi yumurta ilə ifşa etdi - ŞOK- VİDEO

Televiziya əməkdaşının Bakıda məhşur supermarketdən aldığı yumurta onu dəhşətə gətirib. ATV televiziyasının əməkdaşı Təranə Musayeva ''Araz'' supermarketindən yumurta alıb. Yumurtanı sındıranda isə dəhşətə gəlib. Yumurtanın sarısı ''plastrin'' şəklində olub və əl ilə istənilən formaya düşüb. T.Musayeva facebook profilində şahidi olduğu hadisəni belə canlandırıb: ''Bu yumurtanı ''Araz'' marketdən almışam. Çiy olsa da, sarısını əlimlə istədiyim formaya sala bildim. Həyəcan təbili çalmaq lazımdır. Belə olmaz. Bizim günahımız nədir? Niyə müvafiq orqanlar ölçü götürmür? Yumurta nəlbəkidə bir az qalandan sonra rəngi dəyişib qəribə rəng aldı''.
"Araz" Supermarketlər Şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin meneceri Elvin Babayev Criminal.az-a açıqlamasında bildirdi ki, müştəri məmmnuniyyətinə önəm verərək daima satışda olan məhsulların keyfiyyətli olmasına diqqət edir, istehsalçılardan aldığı kənd təsərrüfatı məshsullarının dövlət standartlarına uyğunluğunu təsdiq edən sertifikatlar tələb edirik.
Onun sözlərinə görə, Araz Supermarketər şəbəkəsinə daxil olan istehlakıçı şikayətləri dərhal araşdırılır: ''Hal-hazırda supermarketlərimizdə satışda olan yumurtalar Giləzi Quşçuluq MMC-dən alınır. Biz Giləzi Quşçuluq MMC-dən məhsulları alarkən onların uyğunluq sertifikatını da tələb edirik. Bu sertifikatlar ictimaiyyətə açıqdır. Qeyd olunan şikayətlə bağlı dərhal marketlərimizdə reydlər apardıq və nümunələr götürdük. Bu nümunələr keyfiyyətə nəzarət şöbəsi tərəfindən yoxlanıldı. Lakin qeyd olunan şikayət öz təsdiqini tapmadı''.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI













