Telekanal işçisinin evi və maşını yandı - FOTO

Göyçay rayonunda yanğın olub. APA-nın xəbərinə görə, hadisə bu gün saat 15 radələrində Göyçayın Yekəxana kəndində qeydə alınıb. Kənd sakini Rəşidov Rəşad Valeh oğluna məxsus evin həyətindəki mal-qara tövləsində baş verən yanğın havanın küləkli olması səbəbindən qısa müddətdə geniş ərazini əhatə edib. Hadisə nəticəsində tövlə və onun damındakı 2 ton ot, 31-BC-075 dövlət nömrə nişanlı "QAZ 2410" markalı minik avtomobili, yaxınlıqdakı pomidor istixanası və meyvə ağacları yanıb. Hadisə yerinə FHN Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub, alovun yaxınlıqdakı fərdi yaşayış evinə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, R.Rəşidov "Space" TV-nin əməkdaşıdır. Yanğın baş verən zaman o, Ağdaşda olduğundan hadisədən gec xəbər tutub. Hadisə nəticəsində R. Rəşidovun şəxsi əmlakına 8 min manat ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
















