Təlim maşınlarında təhlükəsizlik standartları qorunur? - ARZU BABAZADƏDƏN AÇIQLAMA - FOTO

Nəqliyyat vasitələrini idarə edərkən üzə çıxan əsas problemlərdən biri idarəetmədəki təhlükəsizlikdir. Təlim maşınlarında aparılan sürücülük dərsləri zamanı təhlükəsizlik tədbirləri bir çox hallarda diqqətdən yayınır. Təlim prosesində həm təlimçinin, həm də sürücü namizədinin təhlükəsizliyi təmin olunmalıdır. Bunun üçün təlim maşınlarının texniki vəziyyəti mütəmadi olaraq yoxlanmalı, sükan və əyləc sistemləri ideal işlək vəziyyətdə saxlanılmalıdır. Xüsusilə təlimçi üçün nəzərdə tutulan əlavə əyləc sistemi düzgün quraşdırılmalı və istənilən anda müdaxilə edə biləcək şəkildə işlək olmalıdır.

Bəzi hallarda təlim maşınlarının köhnə, texniki baxımdan nasaz olması və ya təlimçinin nəzarətsiz davranışı nəticəsində qəza təhlükəsi yaşana bilir. Bu isə təkcə öyrənən sürücü üçün deyil, eyni zamanda yolda hərəkətdə olan digər nəqliyyat vasitələri üçün də risk yaradır.
Bəs hazırda təlim maşınlarında təhlükəsizlik tədbirlərinə nə dərəcədə nəzarət olunur?
Mövzu ilə bağlı təlimçi Arzu Babazadə Avtosfer.az-a açıqlamsında bildirib ki, nəzarət sıfır dərəcəsindədir:

“Təlim maşınlarına nəzarət yoxdur. MMC-lər, sürücülük məktəbləri balanslarındakı təlim maşınları sağ tərəfdə pedalla təchiz edirlər. Amma fərdi işləyənlər necə gəldi fəaliyyət göstərirlər.
MMC-lərdə isə məcburi nəzarət var, çünki onların lisenziyası olur. Onların avtomobilləri qaydasında olmayanda lisenziyaları təsdiqlənmir. Amma fərdi olanlar necə gəldi xəttə çıxırlar. Arzu edərdik ki, YPX və DİN bu işi ciddi nəzarətə götürsün. Necə ki, mopedlər, motosikletlər və sərxoş sürücülərlə bağlı reydlər keçirilir, eləcə də təlim maşınları üçün ciddi reydlər keçirilsin. Pedal var, yoxsa yoxdur? Pedal varsa, onun sənədi varmı? Ciddi nəzarət olunsun”.
Eltac Zülfüqaroğlu
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana səfəri ilə bağlı paylaşım edib - VİDEO
Hikmət Hacıyev: “İki dilin kombinasiyasında danışmağa çalışırıq” - VİDEO
İlham Əliyev və Mehriban Əliyeva Daşkənddə Heydər Əliyevin memorialını ziyarət ediblər - YENİLƏNİB
Hikmət Hacıyevə Özbəkistan səfərində özəl hədiyyə - FOTO
İlham Əliyev Özbəkistanda dövlət səfərindədir - VİDEO
Prezident İlham Əliyevin səfəri Özbəkistan mediasının diqqət mərkəzində - VİDEO
Daşkənddə İlham Əliyevin dövlət səfəri ilə bağlı qarşılanma bannerləri yerləşdirilib - VİDEO
Daşkənd hava limanında Prezident İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri aparılır - VİDEO - YENİLƏNİB
İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA










