Təqaüdçülərə qarşı soyğunçuluq edənlər saxlanıldı - VİDEO

Sumqayıtda təqaüdlərini almaq üçün bankomata üz tutan ahıl yaşlı şəxslərə qarşı soyğunçuluq edənlər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı şəhər ərazisində ahıl yaşlı şəxsləri izləyərək onlara qarşı quldurluq və soyğunçuluq cinayətləri törətməkdə şübhəli bilinən Sadiq Şavaqatov və Zahid Kazımov saxlanılıblar. Bu şəxslər bankomatlarda təqaüdlərini nağdlaşdıran zərərçəkənlərin pullarını ələ keçiriblər.
Sumqayıt ŞPİ 1-ci PB əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı isə Corat qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər - Bayandur Umudov da tutulub. Onun üzərindən 1 kiloqramdan artıq narkotik vasitə marixuana aşkar edilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Leysanda yoxa çıxan nömrələrin dublikatı niyə verilmir? - VİDEO
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası










