Tərkibində azərbaycanlıların da olduğu dəstə "Mercedes"lə adam oğurladı - FOTO

Ukraynanın Zaporojye vilayətində cinayətkar dəstə zərərsizləşdirilib. "Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları ağır cinayətlərin törədilməsində şübhəli bilinən qruplaşma üzvlərini saxlayıb. Zaporojye vilayəti polisinin məlumatına görə, dəstə üzvləri ötən həftə Melitopol şəhərinin iki 23 yaşlı sakinini oğurlayıb. Onlar "Mersedes"lə "Tavriya" avtomobilinin qarşısını kəsərək nəqliyyat vasitəsindəki şəxsləri avtomobildən çıxarıblar və naməlum evə aparıblar. Cinayətkarlar oğurladıqları şəxsləri həmin evdə saxlayıblar. Lakin zərərçəkənlər qayışları, ipləri açmağa və pəncərə vasitəsilə qaçmağa nail olublar.
Hüquq-mühafizə orqanları tərəfindən zərərsizləşdirilən dəstə üzvlərinin sayı beş nəfərdən ibarətdir. Zaporojye vilayətinin Milli Polisinin Baş İdarəsinin rəhbəri Oleq Zolotonoş bildirib ki, saxlanılanlardan ikisi Azərbaycan vətəndaşı, ikisi Melitopol və biri Donetsk vilayətinin sakinidir. Saxlanılanların cinayət vaxtı istifadə etdikləri "Mercedes" əyani sübut kimi götürülüb. Habelə onların istifadə etdikləri silah, zirehli geyim və digər əşyalar da müsadirə edilib.
Saxlanılanların digər cinayətlərdə, o cümlədən adam oğurluğunda və s. əli olduğu bildirilir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
















