Banner

Tərliklə avtomobil idarə edən sürücü cərimələnə bilər? – MÜTƏXƏSSİSDƏN AÇIQLAMA - VİDEO

Gündəm 17 İyul 2024 17:30 Oxunub 732
Tərliklə avtomobil idarə edən sürücü cərimələnə bilər? – MÜTƏXƏSSİSDƏN AÇIQLAMA - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qəza risklərindən qorunmaq üçün avtomobili necə idarə etmək mövzusu vaxtaşırı müzakirə olunur.

 

Avtosfer.az xəbər verir ki, “AvtoFM”in efirində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov mövzu ilə bağlı deyib ki, ayaqyalın, tərliklə maşın sürməyə görə cərimə nəzərdə tutulmayıb.

 

“Lakin bu çox təhlükəlidir. Mən özüm bir dəfə bunu yoxlamaq üçün bağa gedəndə avtomobili “çəkələk”lə sürdüm. İstədim öyrənim ki, bu “çəkələy”ə xalq məhəbbəti nədəndir. Vaxtaşırı mənə belə müraciətlər olur. Vətəndaşlar deyir ki, məni yol polisi “çəkələy”ə görə saxladı, irad tutdu, cərimələdi. Yol polisi irad tuta bilər, cərimə yaza bilməz. Mən yoxladım bu cür avtomobil idarə etməyi. Gördüm ki, ayağı qaz pedalına qoyanda “çəkələk” əyləc pedalına uzanır. Hansısa ayağın yerini dəyişdikdə “çəkələk” yerində qalır. Hiss edilir ki, gecikmə var. Bununla yanaşı “çəkələyin ayaqdan çıxması, əyləc pedalının altına girməsi təhlükəsi də var”.

 

Mütəxəssis sonda sürücülərə bu barədə xəbərdarlıq da edib. O, bidlirib ki, sürücülər tərliklə maşın sürmək sevdasından uzaqlaşmasalar, kiçik bir qəzada onların həyatı üçün ciddi təhlükə yarana bilər.

Səfər Əlizadə

ŞƏRH YAZ
Ad

E-mail

Şərh