Terror aktı ilə əlaqədar etiraz aksiyası keçirilib - Atatürk Hava Limanında

İstanbulun ən böyük xəstəxanalarından birində Atatürk Beynəlxalq Hava Limanında baş vermiş terror aktı ilə əlaqədar etiraz aksiyası keçirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə "Report"un Türkiyə bürosunun məlumatına görə, hadisə zamanı yaralananların böyük əksəriyyətinin yerləşdirildiyi Çapa Dövlət Xəstəxanasının bir qrup tibb personalı, yaralıların qohumları son zamanlar Türkiyənin müxtəlif bölgələrində ardarda baş verən 10 qanlı terror hadisəsini şiddətlə qınayıblar.
Aksiya zamanı “Yetər artıq, günahsız insanların qanı axıdılmasın!”, “İnsan qətliamlarına son qoyulsun!”, “Türkiyənin terror burulğanına çevrilməsinə yol verməyəcəyik!” kimi şüarlar səsləndirilib. Etirazçılar, həmçinin ölkə rəhbərliyindən cinayətin pərdə arxasındakı qüvvələrin təcili araşdırılmasını, insanların həyatını təhlükəyə atan qanlı hadisələrin bir daha təkrarlanmaması istiqamətində mübarizə və müdafiə tədbirlərinin gücləndirilməsini tələb ediblər. Onlar düşüncə quruluşlarını, qeyri-hökumət təşkilatlarını və ölkə əhalisini bu bəladan qurtulmaq üçün səfərbər olmağa, güc birliyi ilə terrora qarşı mübarizəyə səsləyiblər.
Aprelin 28-də İstanbulun Atatürk Beynəlxalq Hava Limanında baş verən terror aktında 42 nəfər ölüb, 239 nəfər yaralanıb.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
















