Terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanıldı - London aeroportunda

Londonun “Stansted” aeroportunda terror aktı törətməkdə şübhəli bilinən 37 yaşlı kişi saxlanılıb. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Skotland Yard”ın bəyanatında bildirilir. Məlumata görə, saxlanılma Mançesterdə törədilən terror aktı ilə əlaqəli deyil. Şübhəli şəxs mayın 23-nə keçən gecə Türkiyəyə uçan təyyarəyə minərkən saxlanılıb. Saxlanılma onun bir müddət əvvəl Suriyaya etdiyi səfərlə bağlıdır. Polis əməkdaşlarının hazırda Londonun şimalındakı iki ünvanda axtarış keçirdiyi bildirilir. Qeyd edək ki, Böyük Britaniyada bundan əvvəl terror təhlükəsinin səviyyəsi “ciddi”dən “kritik”ə yüksəldilib. Bu o deməkdir ki, Əhalinin sıx toplaşdığı yerlərdə təhlükəsizliyin təmin edilməsinə hərbçilər cəlb olunacaq. Xatırladaq ki, Mançesterdə konsert zamanı kamikadze-terrorçunun törətdiyi partlayış nəticəsində 22 nəfər ölüb, 120 nəfər yaralanıb. İŞİD partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












