Terrorçular Əbu-Dabiyə uçan təyyarəni partlatmaq istəyib

Avstraliyada terrorçular Sidney-Əbu-Dabi marşrutu ilə uçan “Etihad Airways” şirkətinə məxsus təyyarəni partlatmaq istəyib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə “Daily Telegraph” qəzeti məlumatlı mənbələrə istinadən xəbər verib. “The Sydney Morning Herald” qəzeti isə bu günlərdə Sidneydə həyata keçirilən antiterror əməliyyatı nəticəsində həbs edilən 4 nəfərin adlarını açıqlayıb. Bunlar Xaled Merhi, onun oğlu Əbdul Merhi, Xaled Xayat və onun qohumu Mahmud Xayatdır. Adıçəkilən şəxslərin Suriyadakı terrorçularla əlaqəli olduğu üzə çıxıb. Məlumata əsasən, Avstraliya hüquq-mühafizə orqanları ABŞ və Böyük Britaniya xüsusi xidmət orqanlarından hazırlanan terror aktına dair məlumat əldə ediblər. Qeyd edək ki, iyulun 30-da Avstraliyanın baş naziri Malkolm Ternbull təyyarədə planlaşdırılan terror aktının qarşısının alındığını bəyan edərək xüsusi əməliyyat nəticəsində terror aktı törətməyi planlaşdıran 4 nəfərin saxlanıldığını bildirib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












