Terrorçular zirehli texnika ilə əsgərləri əzdilər – VİDEO

Sosial şəbəkələrdə Suriyanın İdlib vilayətində yaraqlıların zirehli şəxsi heyət daşıyıcısı ilə Suriyalı hərbçiləri əzməyə çalışdığını göstərən görüntülər yayılıb.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, terrorçuların fəaliyyətinin monitorinqini aparan “Directorate 4” kanalında görüntünün videoçarxı yerləşdirilib.
Kanalın məlumatlarına görə, Panthera F9 zirehli şəxsi heyət daşıyıcısında Suriya hökumət qüvvələrinin mövqelərinə edilən hücum “Ceyş İdlib Hür” qruplaşmasının yaraqlıları tərəfindən təşkil olunub. Kadrlarda görmək olur ki, terrorçulara aid ZŞHD-də olan terrorçular qarşılarında qaçan hərbçiləri əzməyə çalışır. Əsgərlər atəş açaraq terrorçulara cavab verir.
Yanvarın 11-də yayılan xəbərə görə, Suriyanın əsas ordu qüvvələrini Əbu Zühur aviabazası istiqamətində əməliyyatlara səfərbər etməsindən sui-istifadə edən bir neçə ekstrimist qruplaşma, o cümlədən, “Ceyş İdlib Hür” Suriya hökumət qüvvələrinin İdlibdəki mövqelərinə hücumlara başlayıb. Yaraqlılar vilayətin cənubunda ondan çox yaşayış məntəqəsini ələ keçirsə də, sonradan hökumət qüvvələri onların bir hissəsini geri alıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












