“Tesla” İlon Maska pul verməyəcək - AĞIR ŞƏRTLƏR

"Tesla" şirkəti özünün yaradıcısı və baş direktoru İlon Mask (Elon Musk) üçün yeni mükafatlandırma sistemi hazırlayıb. Avtosfer.az-ın lent.az-a istinadən xəbərinə görə, yeni sistem İ. Maskın stabil gəlir əldə etməsini nəzərdə tutmur. O, yalnız şirkətin maliyyə göstəriciləri planlaşdırıldığı kimi olarsa, gəlir əldə edəcək. "İlon Mask hər hansı təminatlı ödəniş almayacaq - nə maaş, nə pul mükafatı, və səhm", - deyə şirkətdən bildirilib. Yeni sistem 10 illik müddət üçün nəzərdə tutulub. Mükafatlandırma 12 tranşa ayrılıb və hər biri "Tesla"nın dövriyyədəki səhmlərinin 1%-i qədər olacaq. İlk tranşı almaq üçün İ. Mask "Tesla"nın bazar dəyərinin 100 milyard dollara çatdırılmasına nail olmalıdır. (Hazırda 59 milyarddır.) Sonra şirkətin bazar dəyəri hər dəfə 50 milyard dollar artdıqca, İ. Maska mükafat veriləcək. Beləliklə, İ. Mask bütün 12 tranşı qazanmaq üçün "Tesla"nın bazar dəyəri 650 milyarda çatmalıdır. Bu cür sistem həm də İ. Maskın şirkətə uzun müddət rəhbərlik edəcəyini göstərir. "Tesla" istisna etmir ki, gələcəkdə baş direktor vəzifəsinə başqa şəxs gətirilə bilər, lakin belə olsa belə, həmin rəhbər şəxs İ. Maska tabe olacaq. Yeni mükafat sistemi səhmdarların lehinə səs verməsindən sonra qüvvəyə minəcək.
Qeyd edək ki, "Forbes"un versiyasına əsasən dünyanın zəngin adamları sıralamasında İ.Mask 13,9 milyard dollarlıq sərvəti ilə 80-ci yerdədir.
Sürücülərin NƏZƏRİNƏ: Sabahdan İçərişəhərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır
Yusufla birgə hamamda zəhərlənən qız sosial şəbəkədə məşhur imiş
Zelenskinin İrəvana rəsmi səfəri Rusiya-Ermənistan münasibətlərinə təsir edəcək? - POLİTOLOQ
Sabah bu yollar bağlı olacaq - SİYAHI
Səbaildəki lyuklardan şikayət olundu; qurum hərəkətə keçdi – FOTO - VİDEO
ABŞ-İran münaqişəsi; hər iki dövləti yoraraq dağıtmaq istəyirlər? - POLİTOLOQ
Cərimə hesabına qəzaları azaltmaq mümkündür? – AÇIQLAMA - VİDEO
Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO
Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Azərbaycanlı yük maşını sürücülərinin NƏZƏRİNƏ: Rusiya hökuməti yeni qərar verdi
WUF13 iştirakçıları ödənişi müxtəlif vasitələrlə edə bilərlər - Bakı metrosu – FOTOLAR










