Texasda daşqınlar: avtomobil sürən qadın həlak olub

Hyuston şəhərinin ətraf rayonlarının "Harvi" qasırğasının yaratdığı daşqınlardan əziyyət çəkən 2000-ə qədər sakini evakuasiya edilib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Texasın digər hissələrində leysan yağışlar davam edir. Milli Meteorologiya Xidmətinin məlumatına görə, bölgədə nəqliyyatın işi praktiki olaraq iflic olub, daşqınla əlaqədar fövqəladə vəziyyət tətbiq olunub. Həmçinin 5 nəfərin öldüyü barədə məlumat verilir, amma hələlik 2 ölüm faktı etibarlı şəkildə təsdiqlənib. Belə ki, Arkansas qraflığında 1 nəfər cümə axşamı evində meydana gələn yanğında ölüb, Hyustonda isə daşqın zamanı avtomobil sürən qadın həlak olub. Xilasetmə işçilərinin fəaliyyətinə güclü külək maneə törədir. Minlərlə insan elektrik enerjisiz qalıb. Milli Meteorologiya Xidməti Texas ştatının cənub-şərqində yerləşən bir çox qraflıq üçün daşqın təhlükəsi elan edib. Xidmətdən verilən məlumata görə, dünən gecə Hyuston və Qalvestonda "fəlakətli miqyasda" daşqın baş verib.
ABŞ Prezidenti Donald Tramp təbbi fəlakətin miqyası ilə tanış olmaq üçün Texasa səfər etmək niyyətindədir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












