Texnologiya aludəçiliyi beyində travmalara səbəb olur? – PSİXOLOQDAN ƏHALİYƏ XƏBƏRDARLIQ

Son dövrlərdə texnologiyanın sürətlə inkişafı insanların həyatına ciddi təsir edir. Heç şübhəsiz ki, müasir dövrdə insanaların əksəriyyətinin sosial şəbəkələrdə hesabının olması və texnologiya ilə sıx təması, onun beyninə də təsir göstərir.
Bəs rəqəmsal cihazların istifadəsi uzunmüddətli perspektivdə beyin strukturunda qalıcı dəyişikliklərə səbəb ola bilərmi?
Psixoloq Gülnar Orucova Avtosfer.az-a açıqlamasında bildirib ki, texnologiyadan həddindən artıq istifadə bir çox fəsadlara yol açır:

“Ən önəmlisi, insanlar bir-birilərinə yadlaşır. Artıq qohumluq əlaqələri belə unudulur. Məsələn, əvvəl hansısa bir qohumun evinə gedib onu görürdüksə, indi onlayn şəkildə danışırıq və onu görmüş kimi hesab edirik. Xüsusən, sosial şəbəkələrdə çox vaxt keçirən insanlar real həyatda ünsiyyət qurmaq bacarıqlarını itirməyə doğru gedirlər. Sosial şəbəkələrdə daha çox vaxt keçirmək uşaqlarda da bir çox problemləri ortaya çıxarır. Uşaqlarda meydana gələn problemlərin ən önəmlisi göz yorulması, gərginlik və aqressiya kimi ciddi məsələlərdir. Xüsusilə uşaqların telefonda oyun oynaması onların gərginləşməsinə və daha aqressiv olmasına səbəb olur. Ümumilikdə, sosial şəbəkələrdə çox vaxt keçirən insanlar hərəkətlərini idarə edə bilmir və həyatı üzərində nəzarət qurmaqda çətinlik çəkirlər”.
Psixoloq əlavə edib ki, uşaqların texnologiyadan çox istifadə etməsi, onların nitq qüsurlarının yaranmasına və sosial bacarıqlarının zəifləməsinə səbəb ola bilər:
“Bu, böyüklər üçün də keçərlidir. Çünki texnologiyadan həddindən artıq istifadə sosial bacarıqların inkişafına mane olur. Texnologiya aludəçisi olan insanlarda savadsızlıq, ünsiyyətsizlik, assosiallıq, aqressiya və digər ciddi fəsadlar yarada bilər.
Texnologiyadan mümkün qədər uzaq durmaq lazımdır. İnsanlar özlərinə bir limit qoymalıdır. Uzun müddətli istifadədən sonra yuxu pozğunluqları da meydana çıxa bilər. Bu, bəzi insanların qarışıq yuxular görməsinə və müxtəlif xəstəliklərə səbəb ola bilər”.

Eltac Zülfüqaroğlu
Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ
Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək verilir? – RƏSMİ AÇIQLAMA
Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO
Bir piyadaya görə 60 nəfər dayanır - Ekspert
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Uşağı döyən valideyn 200 manat cərimələnəcək, bəs sonra? - EKSPERT RƏYİ
Yer kürəsində maqnit qasırğası başlayıb
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI
Nəqliyyatda yeni KARTLAR: Gediş haqqında QİYMƏT ARTIMI OLACAQ?










