Təyyarə dispetçerlərin yatması səbəbindən eniş edə bilməyib

Argentinanın La-Rioxa şəhərinin hava limanında aviadispetçerlərin yatması "Austral" şirkətinin təyyarəsinin eniş etməsində problemlərə səbəb olub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə yerli "Opinion Austral" informasiya agentliyi məlumat yayıb. Portalın məlumatına görə, təyyarənin pilotu dispetçerlərlə əlaqə yaratmağa çalışaraq, səkkiz dəqiqə hava limanı üzərində dövrə vurub, amma cavab almayıb. Lа-Rioxa hava limanı səhər saat 7-də işə başlayır. Lakin aviadispetçer yerlərinə bundan əvvəl gəlməli, təyyarələri qəbul etməyə hazır olmalıdırlar. Bu dəfə onlar oyana bilməyiblər və nəticədə problemli vəziyyət yaranıb. Bundan əlavə, təyyarə özü də hava limanına cədvəldə nəzərdə tutulmuş vaxtdan əvvəl gəlib. Aviadispetçerlərin yerli assosiasiyanın nümayəndəsi Qustavo Kiroq hava limanı təmsilçilərinin müdafiəsinə qalxıb. "Əgər sərnişin təyyarəsi müəyyən olunmuş müddətdən tez gəlirsə, bu, uçuşlarını proqramlaşdırmamış şirkətin problemidir" – deyə o bildirib.
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ












