Təyyarə havanı korlayan sərnişinə görə təcili eniş etdi

Dubaydan Amsterdama uçan “Transavia Airlines” aviaşirkətinin təyyarəsi havanı korlayan sərnişinə görə Vyanada təcili eniş edib. Oxu.az-ın xəbərinə görə, bu barədə Metro nəşri yazır. Nəşr qeyd edir ki, sərnişinin qonşuları ondan bunu etməməyi xahiş ediblər, lakin o xahişlərə məhəl qoymayıb. Ekipaj üzvləri də heç bir tədbir görməyiblər. Sərnişinlər arasında sonradan davaya çevrilən mübahisə yaranıb. Nəticədə pilot təyyarəni endirmək qərarı alıb. Enişdən sonra göyərtəyə daxil olan polis iki kişini, həmçinin bacı olan iki qadını təyyarədən düşürüb. Qadınlar Niderland məhkəməsinə müraciət etmək istəyirlər. Onlar polisin qərarını ədalətsiz sayırlar. “Bizim bütün baş verənlərlə heç bir əlaqəmiz olmayıb. Onları heç tanımırdıq, sadəcə həmin sərnişinlərlə bir cərgədə oturduğumuza görə bəxtimiz gətirməyib”, - bacılardan biri deyib. Hazırda hər dörd sərnişin sərbəst buraxılıb, lakin “Transavia Airlines” onlara aviaşirkətin təyyarələri ilə uçmağı qadağan edib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












