Təyyarə ilə külli miqdarda siqaretin qanunsuz gətirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları aksiz markasıyla markalanmayan tütün məmulatının gömrük sərhədindən bəyan etməməklə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. Avtosfer.az DGK-ya istinadən xəbər verir ki, idarəyə daxil olan əməliyyat məlumatı əsasında, Daşkənd-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb. Həmin şəxs Heydər Əliyev Beynəlxalq Hava Limanının dayanacağında Daşkənd-Bakı aviareysilə gələn digər sərnişinlərdən malları qəbul edərkən saxlanılıb. Malların yoxlanılması zamanı vətəndaşa məxsus üç ədəd paketdə gömrük nəzarətinə təqdim olunmayan, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan edilməyən, Azərbaycan Respublikasının aksiz markasıyla markalanmayan cəmi 3800 ədəd "Kent Micro HD Taste System", "Kent HD Taste System" və "Kent Nanotek 2.0" markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Fidan
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












