Təyyarə qəzasına görə Rusiyada cinayət işi açıldı

Rusiya İstintaq Komitəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi açıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi (“Hərəkətin təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarını pozma”) ilə iş başlanıb. Mülki və hərbi mütəxəssislər dindirilir, ilkin istintaq hərəkətləri aparılır.
Məlumata görə, sərnişin təyyarəsi dəfələrlə Qroznı hava limanına enməyə cəhd edib. Eyni zamanda Ukraynanın döyüş pilotsuz təyyarələri Qroznı, Mozdok və Vladiqafqaza hücum edib - Rusiyanın hava hücumundan müdafiə sistemləri bu hücumları dəf edib.
Hazırda Azərbaycan Baş Prokurorluğunun əməkdaşları Qroznıdadırlar. Onlar Rusiyadan olan həmkarları ilə birgə işləyirlər.
(unikal)
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA












