Təyyarə qəzasında həlak olan ekipaj üzvləri II Fəxri xiyabanda dəfn edilib - FOTO - VİDEO

Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan stüardessa Hökümə Əliyeva II Fəxri xiyabanda dəfn edilib.
Dəfn mərasimində dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan pilot Aleksandr Kalyaninov II Fəxri xiyabanda dəfn olunub.
***
Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan kapitan pilot İqor Kşnyakin II Fəxri xiyabanda dəfn olunub.
Dəfn mərasimində dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinin II Fəxri xiyabanda dəfn mərasimi başlayıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, onların cənazələri II Fəxri xiyabana gətirilib.
Mərasimlə əlaqədar dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri xiyabana axın edirlər.
Bundan əvvəl ekipaj üzvləri ilə Heydər Əliyev Beynəlxalq Aeroportunda vida mərasimi keçirilib, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak edib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib. Dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib.
Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

















































Toyda və yasda çəkilən belə videoları internetdə paylaşmaq qadağan ediləcək - QƏRAR
“Halal” nişanlı kolbasada donuz ətinin olduğunu vətəndaş İFŞA ETDİ - VİDEO
İran ABŞ ilə müharibəyə başlasa, Rusiya və Çin ona dəstək olacaq? – Politoloq AÇIQLADI
Metroda platforma ilə qatar arasında niyə şüşə arakəsmə quraşdırılmır? – RƏSMİ - VİDEO
Binəqədi şosesindəki xaosun səbəbi nədir? - VİDEO
İsrail İranın ABŞ ilə nüvə razılaşmasına maneə yaradır - EKSPERT
Ramazan ayının altıncı gününün duası - İmsak və iftar vaxtı
“Plug-in” hibrid avtomobillər rəsmi rəqəmlərdən daha çox yanacaq sərf edir - ARAŞDIRMA
Bu yolda dələduzlar peyda olub; maşını saxlayıb ... - Sürücülərin nəzərinə
Bu yollarda hərəkət 2 günlük məhdudlaşdırılır
Mehdiyevlə Əli Kərimlinin çevriliş planını kim ifşa edib? – Elə adlar çəkildi ki…

















