Təyyarə qəzasında həlak olan Ramin də bələdçi işləyirmiş - FOTO - VİDEO

Qazaxıstanın Aktau şəhərində AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlardan biri də Ramin Ağayevdir.
Avtosfer.az xəbər verir ki, Rusiya vətəndaşı olan 28 yaşlı Ramin Moskvada yaşayırdı və Ural Hava Yollarının bələdçisi idi.
Dekabrın 24-də Ramin altı yaşlı qardaşı oğlunu Yeni ili birlikdə qeyd etsin deyə Bakıya nənəsinin yanına aparıb. Ötən gün o, Qroznıya transfer reyslə Bakıdan Moskvaya yola düşüb.
İki ildir bələdçi kimi fəaliyyət göstərən oğlan dekabrın 26-da işə qayıtmalı və təyyarə reysinə çıxmalı idi.
Məlumat üçün bildirək ki, Ramin musiqi həvəskarı olub və mahnılarını sosial şəbəkələrdə yayımlayıb. O, əvvəllər jurnalist təhsili alıb, sonra təyyarə bələdçisi kimi işə düzəlib.
Xatırladaq ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb.
(bizim.media)


Xəbərdarlıq edildi: SABAH DİQQƏTLİ OLUN
Bakıda bu ərazidə işıqforlar işləmir - VİDEO
Azərbaycanda qar yağacaq, duman olacaq - PROQNOZ
Bakıda yeni metrostansiya bu əraziləri əhatə edəcək - Bəs stansiyanın adı nə olacaq? - AÇIQLAMA
Bu gün avtomobil yolları işçilərinin peşə bayramı günüdür
Yüklə dolu maşınlar Bakı Beynəlxalq Dəniz Ticarət Limanında qalıb - Sürücülərdən şikayət - VİDEO
Azərbaycanda zəlzələ olub – FOTO
Ramazan ayının dördüncü günün duası - İmsak və iftar vaxtı
Dövlət Mühafizə Xidməti öz işini icra edib: Təxribatın hüquqi təhlili - VİDEO
“İmprotex Motors”la bağlanan 2 milyonluq müqavilə iddialarına - MİLLİ MƏCLİSDƏN CAVAB
“Mənim corabımın qiyməti sənin maaşından çoxdur” - Tanınmış aparıcıdan diqqət çəkən paylaşım









