Təyyarə qəzasında ölən azərbaycanlı biznesmenin meyiti Yevlaxa gətiriləcək

Rusiyada baş verən təyyarə qəzasında ölən azərbaycanlı biznesmenin meyiti bu gün Azərbaycana gətiriləcək. "Report"un Qərb bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı olan Namiq İnayət oğlu Qəhrəmanovun doğulduğu Yevlax rayonda dəfn olunacağı gözlənilir.
Məlumata görə, 1971-ci il təvəllüdlü N.Qəhrəmanov uşaq vaxtlarından Rusiyaya gedib. O, Orsk şəhərində fəaliyyət göstərən tikiş sexinin sahibi olub. Məlumata görə, N.Qəhrəmanov sexi rusiyalı qadın biznesmenlə şərik işlədirmiş.
"Haqqıdı" ləqəbli N.Qəhrəmanov "İsim" ləqəbli qardaşı ilə birgə əvvəllər kiriminal ailəmin üzvü olublar. Lakin sonra N.Qəhrəmanov kiriminal ailəmdən uzaqlaşıb. Qardaşı isə qanunsuz silah gəzdirdiyinə görə mühakimə olunub və hazırda həbsdədir. N.Qəhrəmanovun ailəsi Yevlax şəhər Adil İsgəndərov küçəsində yaşayır. Onun meyitinin bu gün doğulduğu Yevlax rayonuna gətiriləcəyi və orada dəfn olunacağı gözlənilir.
Qeyd edək ki, "Saratov airlines" şirkətinə məxsus "An-148" təyyarəsi fevralın 11-də "Domodedovo" aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 65 sərnişin və 6 ekipaj üzvü olub, onların hamısı ölüb. Ölənlərdən biri Azərbaycan vətəndaşı Namiq Qəhrəmanovdur.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












