Təyyarə qəzasında ölənlərin xatirəsinə yoldaşlıq görüşü keçirilib

Futbol üzrə Braziliya və Kolumbiya yığmaları arasında xeyriyyə məqsədi ilə yoldaşlıq görüşü keçirilib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Rio-de-Janeyrodakı "Marakana" stadionunda təşkil olunmuş qarşılaşma təyyarə qəzasında ölən Braziliyanın "Şapekoense" klubunun oyunçularının xatirəsinə həsr edilib. Yoldaşlıq görüşündən əldə olunan gəlir dünyasını dəyişənlərin ailələrinə veriləcək. Yığmaların heyətində ölkə çempionatlarında çıxış edən futbolçular yer alıb. Qarşılaşma Braziliyanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 47-ci dəqiqədə Dudu vurub. Qeyd edək ki, 2016-cı il noyabrın 28-də Kolumbiyada baş vermiş təyyarə qəzasında 71 nəfər ölüb. "Şapekoense" klubunun futbolçuları, inzibati və məşqçi heyəti də həmin qəzada dünyasını dəyişib. Ölənlər arasında əvvəllər "Xəzər Lənkəran"da çıxış etmiş Villiam Tieqo de Xesus və Bakı "İnter"inin sabiq oyunçusu Filipe Maçado da var.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












