Təyyarə qəzasında xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANIB: 1 nəfər evə buraxılıb - FOTO

Təyyarə qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb.
Bu barədə Avtosfer.az-a TƏBİB-dən bildirilib ki, Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən təyyarə qəzası nəticəsində xəsarət alan şəxslərdən ümumilikdə 5 nəfərin müalicəsi Yeni Klinikada davam etdirilir.
Daha 1 nəfər (kişi cinsli) bu gün kafi vəziyyətdə ambulator müalicə üçün evə yazılıb.
Qeyd edək ki, təxliyə olunan zaman ağır vəziyyətdə Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin kliniki və hemodinamik göstəriciləri stabilləşdikdən sonra stasionar müalicəsi də uğurla davam etdirilib.
Hazırda stasionar müalicəsi davam etdirilən digər şəxslərdən 2 nəfərin vəziyyəti qənaətbəxş, 1 nəfərin vəziyyəti kafi, Reanimasiya şöbəsində müalicə alan 2 nəfərin vəziyyəti isə stabil ağır olaraq qiymətləndirilir.
Məlumat üçün bildirək ki, ambulator müalicə üçün evə buraxılan şəxslərin sağlamlıq durumları həmin şəxslərin məskunlaşdığı ərazilərdəki aidiyyəti tibb müəssisələri tərəfindən nəzarətdə saxlanılır, zərurət yarandığı hallar üzrə psixoloji dəstəklə də təmin ounurlar.
İsrail İranın ABŞ ilə nüvə razılaşmasına maneə yaradır - EKSPERT
Ramazan ayının altıncı gününün duası - İmsak və iftar vaxtı
“Plug-in” hibrid avtomobillər rəsmi rəqəmlərdən daha çox yanacaq sərf edir - ARAŞDIRMA
Bu yolda dələduzlar peyda olub; maşını saxlayıb ... - Sürücülərin nəzərinə
Bu yollarda hərəkət 2 günlük məhdudlaşdırılır
Mehdiyevlə Əli Kərimlinin çevriliş planını kim ifşa edib? – Elə adlar çəkildi ki…
Kəmaləddin Heydərovun iki general müavini vəzifəsindən azad edildi - RƏSMİ
Təlim, yoxsa təhlükə? - Yollarda yeni problem
Piyada təhlükəsizliyi ilə bağlı yeni standart: Nə dəyişəcək?
Xəbərdarlıq edildi: SABAH DİQQƏTLİ OLUN
Bakıda bu ərazidə işıqforlar işləmir - VİDEO









