"Təyyarə qəzaya uğrayıb, yoxsa vurulub?" - Türkiyə mətbuatı nə yazır

"Türkiyənin C-130 hərbi təyyarəsinin Gürcüstanda qəzaya uğramasını araşdıran ekspertlər təyyarənin vurulmuş ola biləcəyini etiraf ediblər".
Avtosfer.az xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" qəzeti yazıb.
"Təyyarəmiz qəzaya uğrayıb, yoxsa vurulub? Hərtərəfli araşdırma aparılır. Həm təyyarənin qəzaya uğrama ehtimalı, həm də vurulma ehtimalı araşdırılır", - deyə köşə yazarı Abdulkadir Selvi bildirib.
Onun sözlərinə görə, baş verənlərlə bağlı müxtəlif versiyalar nəzərdən keçirilir, çünki Qafqaz “turbulent region”dur.
Xatırladaq ki, Türkiyə Müdafiə Nazirliyi noyabrın 11-də təyyarənin qəzaya uğraması barədə məlumat verib. C-130 qəza siqnalı göndərməyib və Gürcüstan ərazisini keçdikdən bir neçə dəqiqə sonra radarlardan itib. Bunun ardınca “Qruznavigation” axtarış-xilasetmə əməliyyatına başlayıb. /unikal
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA











