Təyyarə yola düşəndən sonra biliblər ki, 17 sərnişin yoxlanılmayıb

Parisdən Torontoya uçan "Air Canada" şirkətinə məxsus təyyarənin bəzi sərnişinləri uçuş öncəsi lazımi yoxlamadan keçməyiblər. Avtosfer.az report-a istinadən bildirir ki, bu barədə aviaşirkət nümayəndəsinə istinadən CBC telekanalı məlumat yayıb.
İnsident iyunun 3-də baş versə də, bu barədə indi məlum olub. Telekanalın məlumatına görə, göyərtədə olan 325 sərnişindən 17 nəfəri Şarl de Qoll hava limanında təyyarəyə minməmişdən əvvəl vacib yoxlama prosedurundan keçməyib.
Təyyarə heyəti bundan uçuş zamanı xəbər tutub. Bu sərnişinlər Parisdə yerdəyişmə ilə Şri-Lankadan Kanadaya uçublar və "Air Canada" şirkətinin nümayəndəsi Piter Fitspatrik yoxlamadan hələ Şri-Lankada keçdiklərini və Paris hava limanında "təhlükəsizlik zonası"nı tərk etmədiklərini bildirib. Toronto aeroportunda düşdükdən sonra bütün sərnişinlər uçuş-eniş zolağında yoxlamadan keçib.
Mayın ortalarında Fransanın nəqliyyat üzrə dövlət katibi Alen Vidali bildirmişdi ki, ölkə aeroprtlarında təhlükəsizlik məlum terror aktlarından sonra ən yüksək səviyyədə təmin edilib.
Bəzi yollarda sıxlıq var - SİYAHI
Çinin Orta Dəhlizə marağı Azərbaycana hansı imkanları yaradır? - POLİTOLOQ
AQTA-nın yeni tələbindən sonra ət məhsulları bahalaşacaq - EKSPERT
Maşınların düşdüyü quyu ilə bağlı açıqlama - FOTOLAR
İnzibati xətanın təkrar törədilməsinə görə daha sərt cərimələr tətbiq olunacaq - HÜQUQŞÜNAS
İctimai nəqliyyatda problemlə qarşılaşanlara VACİB tövsiyə – Bu tətbiqdən istifadə edin
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycan–Ermənistan sülhü yeni regional birliyin əsasını qoya bilər? - AÇIQLAMA
Paşinyan İsrailin gündəmə gətirdiyi mövzudan niyə yayınır? - POLİTOLOQ
Sərxoş halda elektrikli velosiped idarə etdi CƏRİMƏLƏNDİ
Köhnə şəkli paylaşıb qəza şousu yaradan Zaur Kamal nə istəyir? – Yalan xəbər imiş










