Təyyarədə 14 yaşlı qıza təcavüz edən azərbaycanlı azad edildi

Almaniyadan Antaliyaya gələn 14 yaşlı qıza təcavüz etdiyi iddia edilən azərbaycanlı şübhəliyə bəraət verilib. Avtosfer.az xəbər verir ki, bu barədə “a24.az”ın əldə etdiyi məlumata görə, Almaniyadan təyyarə ilə Antaliyaya gələrkən yanında oturan 14 yaşlı qız uşağına təcavüz etdiyi iddiası ilə mühakimə olunan 24 yaşlı Azərbaycan vətəndaşı Orxan M., bəraət qazanıb.
Qeyd edək ki, hadisə, ötən il oktyabrın 23-də Almaniyanın Frankfurt şəhərindən Türkiyə vaxtı ilə saat 14:20 radələrində havaya qalxan təyyarədə meydana gəlib. Antalyada yaşayan nənəsini ziyarət etmək üçün təkbaşına yola çıxan M.D. oturduğu yerdən qalxıb təyyarənin quyruq qismindəki kişi kabinəsində xidmət edən işçinin yanına gedib. M.D. kabin işçisinə yanındakı 13D nömrəli oturacaqda oturan şəxsin ona əli ilə təcavüz edərək dodaqlarından öpdüyünü iddia edib. Bunu eşidən kabinə işçisi azərbaycanlı sərnişin Orxan M.-ə iddiaların düzgün olub-olmadığını soruşub. Orxan M. isə təcavüz iddialarını qəbul etməyib. Daha sonra təyyarədəki təcavüz iddiası pilota da bildirilib. Pilot təyyarə havada ikən Antalya ilə təmasa keçib və polisə məlumat verib. Xəbəri alan polis təyyarə Antalya hava limanına enər-enməz Orxan M.-i nəzarət altına alıb.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










