Təyyarədə bomba həyəcanı - Aeroport bağlandı

Melburn beynəlxalq aeroportu Malayziya laynerində insident səbəbindən müvəqqəti olaraq bağlanıb. Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, Melburn - Kuala-Lumpur reysini yerinə yetirən Malaysia Airlines aviakompaniyasına məxsus Airbus A330 layneri uçuşdan bir neçə dəqiqə sonra aeroporta qayıdıb. Buna pilotların kabinəsinə soxulmaq istəyən sərnişin səbəb olub. Həmin sərnişin bomba barədə xəbərdarlıq edib və əlində "elektron qurğu” tutub. O, digər sərnişinlər tərəfindən dayandırılıb və təyyarə yerə endikdən sonra həbs edilib. Aviaşirkət təyyarənin göyərtəsində insident baş verdiyini təsdiqləyib. "Sərnişin pilotların kabinəsinə soxulmağa cəhd göstərib, təyyarə Melburna qayıdıb”, - Malaysia Airlines şirkətinin rəsmi məlumatında belə deyilir. Avstraliyanın 9news telekanalı Melburnda bütün reyslərin başqa aeroportlara yönəldildiyini təsdiqləyib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












