Təyyarədəkilər Bakıda paradda iştirak edən F-16 texnikləri oldu

Dünən Azərbaycandan Türkiyəyə istiqamətlənən, Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, təyyarə Gəncə hava limanına dünən eniş edib və 2 saat ərzində orda gözləmədə olub. Təyyarənin ekipajı hava gəmisinin göyərtəsini və hava limanının ərazisini tərk etməyib.
Təyyarədəki heyət noyabrın 8-də Bakıda keçirilən hərbi paradda iştirak edən Türkiyənin F-16 təyyarələrinə texniki xidmət göstərən şəxslər olub. Onlar təyyarəyə minməzdən əvvəl hava limanının təhlükəsizlik qaydalarına uyğun, ən xırda detallarına kimi bütün prosedurlardan və yoxlamadan keçiblər. Bu proses hava limanının təhlükəsizlik kameraları tərəfindən də qeydə alınıb.
"Təyyarənin içərisində heç bir partlayıcı maddə və ya qurğu olmayıb, yalnız F-16 təyyarələrinin ehtiyat hissələri olub", - deyə mənbə bildirib.
Əldə edilən məlumata görə, qəzaya uğramış təyyarə uzun müddətdir istismardadır. Təyyarə sonuncu dəfə 2020-ci ildə əsaslı təmir olunub.
İlkin müşahidələr onu deməyə əsas verir ki, təyyarənin korpusunda hər hansı kənar təsir izi yoxdur. Məlumat üçün qeyd edək ki, Azərbaycana məxsus Embrayer-190 təyyarəsi ötən il dekabrın 25-də qəzaya uğradıqdan sonra ilk baxış təyyarənin fyuzelyajında kənar təsir nəticəsində əmələ gəlmiş çoxsaylı deşiklərin olduğunu aydın göstərmişdi. Bu da təyyarənin vurulması versiyasının əsas kimi götürülməsinə səbəb olmuşdu.
"Buna görə də C-130-un korpusunda kənar təsir elementlərinin olmaması onun vurulma ehtimalını istisna edir. Hətta təyyarənin içərisində partlayıcı maddə və ya qurğunun olması və partlaması ehtimalını götürsək belə, qəzaya uğramış təyyarənin korpusunda mütləq şəkildə partlayışın izləri olmalıydı", - deyə mənbə qeyd edib.
Beləliklə, ilkin araşdırmalar iki versiyanın üzərində fokuslaşmaq üçün əsas yaradır. Birincisi, təyyarə uzun müddətdir istismarda olduğuna görə, onun korpusunda korroziya yarana bilərdi ki, bu da havada yüksək təzyiq altında təyyarənin qəzaya uğraması üçün ciddi əsasdır. Qeyd edək ki, 1990-cı illərdə ABŞ Silahlı Qüvvələrinə məxsus "Herkules" təyyarəsi məhz bu səbəbdən qəzaya uğramışdı.
İkinci versiya isə ondan ibarətdir ki, yük təyyarələrində daşımalar həyata keçirilən yük müvafiq tələblərə uyğun olaraq möhkəm bərkidilir. Bu tələbin yerinə yetirilməməsi turbilentlik və ya başqa təsirdən yükün yerindən oynaması və daxildə ciddi fəsadlar yaratmasına gətirib çıxarır ki, bu da qəza üçün tam yetərli səbəbdir.
Bütün bunlar hazırda sosial mediada səslənən bəzi konspiroloji iddiaların əsassız olduğunu göstərir. Əslində, bunun üçün heç əsas da yoxdur, çünki təyyarənin qara qutusu qəzanın törəmə səbəblərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, Gürcüstan hökuməti də bu məsələdə həssaslıq nümayiş etdirir.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











