"Təyyarələrin buz bağlamaması üçün tədbirlər görülür" - AZAL

Bakıda və respublikanın digər bölgələrində qarlı və şaxtalı hava şəraitinin hökm sürməsinə baxmayaraq, nə Heydər Əliyev Beynəlxalq Hava Limanının, nə də ölkədəki digər aeroportların işində heç bir problem qeydə alınmayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə milli.az-a "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.
Onun sözlərinə görə, hazırda ölkədədaxili və ölkəxarici reyslərlə bağlı təxirəsalınmalar olmayıb: "Havanın qarlı və şaxtalı olmasına baxmayaraq, hazırda təyyarələrin yola salınması və qəbulu normal rejimdə həyata keçirilir və Bakıdakı havaya görə heç bir reys də təxirə salınmayıb. Sadəcə belə havalarada adətən təyyarələrin üstü buz bağlayır ki, bu da onların uçuşuna mane ola bilər. Ona görə də təyyarələrin buz bağlamaması üçün tədbirlər görülür, onların üstünə şırnaqla xüsusi maye səpilir. Bundan əlavə, havanın pisləşməsi ehtimalı nəzərə alınaraq digər profilaktik tədbirlər də görülür".
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO










