Təyyarəmizi vuran RAKETİN QALIĞI - Rusiya mediası yayıb, daha sonra silib - VİDEO

"Dünən səhər saatlarında “Pantsir-1C” HHM-nin yuxarı pilləsi Vladiqafqaz istiqamətində düşüb”.
Avtosfer.az xəbər verir ki, bu barədə "online Vladikavkaz" telegram kanalı məlumat yayıb.
Bəzi məlumatlara görə, eyni yuxarı pillə Qroznının Şalinski rayonunda qəzaya uğrayıb, bu barədə yerli ictimai səhifələrdə hökumətyönlü media yazıb.
Lakin sonra Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı xəbərlər fonunda hər şey silinib.
Qeyd edilib ki, Azərbaycana məxsus təyyarə də məhz bu HHM ilə vurulub.
Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə hərəkət edən AZAL təyyarəsi Qroznı şəhərinə yaxınlaşan zaman hücuma məruz qalıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Caliber" məlumat əldə edib.
Qeyd olunur ki, Rusiya tərəfindən elektron sistemlərdə məhdudiyyətlərin tətbiq edilməsi təyyarənin rabitə sistemini iflic edib.
Caliber.az-ın etibarlı hökumət mənbələrindən əldə etdiyi məlumata görə, ilkin istintaq nəticələrinə əsasən, Bakı-Qroznı reysi üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”na məxsus təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiya Hava Hücumundan Müdafiə (HHM) sistemi olan “Pantsir-S” ilə hədəf alınıb. Həmçinin, Rusiya tərəfinin Radioelektron Mübarizə (REB) sistemlərindən istifadəsi nəticəsində təyyarənin tamamilə rabitəsiz qaldığı bildirilib. Bu səbəbdən təyyarə Rusiya hava məkanında radarlardan itib, yalnız Xəzər dənizi üzərində siqnal bərpa edilib.
Həmin görüntüləri təqdim edirik:
Ramazan ayının altıncı gününün duası - İmsak və iftar vaxtı
“Plug-in” hibrid avtomobillər rəsmi rəqəmlərdən daha çox yanacaq sərf edir - ARAŞDIRMA
Bu yolda dələduzlar peyda olub; maşını saxlayıb ... - Sürücülərin nəzərinə
Bu yollarda hərəkət 2 günlük məhdudlaşdırılır
Mehdiyevlə Əli Kərimlinin çevriliş planını kim ifşa edib? – Elə adlar çəkildi ki…
Kəmaləddin Heydərovun iki general müavini vəzifəsindən azad edildi - RƏSMİ
Təlim, yoxsa təhlükə? - Yollarda yeni problem
Piyada təhlükəsizliyi ilə bağlı yeni standart: Nə dəyişəcək?
Xəbərdarlıq edildi: SABAH DİQQƏTLİ OLUN
Bakıda bu ərazidə işıqforlar işləmir - VİDEO
Azərbaycanda qar yağacaq, duman olacaq - PROQNOZ








