Təyyarənin düşməsinə “iPhone” səbəb olub? - Şok iddia

Ötən il mayın 19-da Misir hava yollarına məxsus “Airbus 320” təyyarəsinin Parisdən Qahirəyə uçarkən Aralıq dənizinə düşdüyü hadisə ilə bağlı yeni iddia ortaya atılıb. Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən xəbər verir ki, köməkçi pilotun kabinədə unutduğu “iPhone 6S” və “iPad Mini 4” telefonlarının partlaması səbəbindən təyyarənin düşdüyü iddia edilib. Təyyarənin “Qara qutu”sunun incələnməsi zamanı kabinədə duman izinə rast gəlinməsi həmin cihazların təyyarə düşmədən öncə yanğına səbəb olduğu iddialarını gücləndirib. 66 nəfərin öldüyü hadisə ilə bağlı deyilən bu iddianı araşdırmaq üçün fransalı rəsmilər hərəkətə keçiblər. İddianın araşdırılması üçün Beynəlxalq Elmi Araşdırma Mərkəzindən bir mühəndis, Müdafiə Nazirliyindən isə fizik və elektron cihazların batareyaları üçün mütəxəssisdən ibarət qrup yaradılıb. Həmin qrupun 30 sentyabra qədər araşdırma aparıb hesabat hazırlaması gözlənilir. Məsələ ilə bağlı “Apple” şirkəti açıqlama yayaraq qəzanın həmin cihazlar səbəbəbindən baş verdiyinə dair faktın olmadığını bildirib. Şirkət araşdırmaçıların bütün suallarını cavablayacaqlarını açıqlayıb.

İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












