Təyyarənin küləyi turist qadını öldürdü - VİDEO

Qəraib adalarından biri olan Sint-Marten adasında hava limanının uçuş-eniş zolağı turistlərin çox sevdiyi çimərliyin bilavasitə yaxınlığında yerləşdiyindən, təyyarələr, demək olar ki. adanın qonaqlarının başı üzərindən uçaraq yerə enirlər. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, cəmi 30 metr hündürlükdə uçan irigövdəli təyyarələri izləmək üçün çox vaxt turistlər ehtiyat tədbirlərini unudaraq, daha effektli şəkil və ya video çəkmək üçün çox yaxına gəlirlər. Belə turistlərdən biri – 57 yaşlı Yeni zelandiyalı qadın hasardan bir əli ilə tutaraq, təyyarənin enişini telefonuna çəkmək istərkən, hava gəmisinin küləyi onu yerindən qopararaq, beton dirəyə çırpıb. Qadın hadisə yerində dünyasını dəyişib. Bildirildiyinə görə, hadisə dünən axşam, “Caribbean Airlines” aviaşirkətinin 457 saylı reysi həyata keçirən təyyarənin enişi zamanı qeydə alınıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












