Banner

Təyyarənin mühərrikinə quş düşdü: geri qayıtdı - Antalyaya uçan

Gündəm 12 May 2017 13:47 Oxunub 1335
Təyyarənin mühərrikinə quş düşdü: geri qayıtdı - Antalyaya uçan
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ləngimə 9 saatdan artıq olub

Bu gün səhər saatlarında Rusiyanın Yekaterinburq şəhərindən Antalyaya uçan, “Ural hava yolları” aviaşirkətinə məxsus “Airbus A321” az müddət sonra hava limanına geri qayıdıb. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, aviaşirkət nümayəndəsinin sözlərinə görə, ekipajın geri qayıtmaq barədə qərarına təyyarənin mühərrikinə düşən quş səbəb olub. Beləliklə, yerli vaxtla saat 4:00-da (Bakı vaxtı ilə 3:00-da) yola düşməli olan təyyarə bu gün saat 13:20-də (Bakı vaxtı ilə 12:20-də) Türkiyəyə istiqamət götürəcək. Başqa sözlə, ləngimə 9 saatdan artıq olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh