Təyyarənin yeni qalıqları və sərnişinlərin meyitləri tapılıb

Misir Silahlı Qüvvələri "A320" sərnişin təyyarəsinin yeni qalıqlarını, həmçinin sərnişinlərin meyitlərini və şəxsi əşyalarını tapıblar. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "EgyptAir" aviaşirkətinin yaydığı açıqlamada bildirilir. "Misir Silahlı Qüvvələri və Hərbi-Dəniz Donanması təyyarənin digər hissələrini, o cümlədən sərnişinlərin meyitləri, bəzi əşyaları, baqajlarını və oturacaqları tapıblar. Axtarışlar davam edir", - deyə aviaşirkətdən qeyd olunub.
Qeyd edək ki, "EgyptAir" aviaşirkətinin MS804 reysi ilə hərəkət edən təyyarə mayın 18-də gecə saatlarında Parisdən uçub. Təyyarənin göyərtəsində 66 nəfər - 3-ü kiçik uşaq olmaqla 56 sərnişin və 10 ekipaj üzvü (üçü təhlükəsizlik xidmətinin üzvü olub - red.) olub. Təyyarənin göyərtəsində Misirin 30, Fransanın 15, İraqın 2, Böyük Britaniya, Belçika, Küveyt, Səudiyyə Ərəbistanı, Sudan, Çad, Portuqaliya, Əlcəzair və Kanadanın hər birinin bir vətəndaşı olub.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












