Təyyarəyə gecikdiyi üçün polisə yalan məlumat verən sərnişin həbs edildi

Türkiyədə hava limanına gecikdiyi üçün təyyarədə bomba olduğuna dair polisə yalan məlumat ötürən sərnişin 4 il 2 ay müddətinə həbs edilib. Avtosfer.az-ın salamnews-a istinadən verdiyi xəbərə görə, 3 noyabr 2016-cı ildə İstanbul-Diyarbakır reysini həyata keçirməyə hazırlaşan "Türk Hava Yolları" şirkətinə mıxsus təyyarədə bomba olduğuna dair məlumat daxil olub. Xəbərdən sonra hərəkətə keçən polis təyyarədəki 84 sərnişini təxliyyə edib və hava gəmisində axtarış həyata keçirib. İkisaatlıq axtarışdan sonra sərnişinlər başqa bir təyyarə ilə Diyarbakıra göndəriliblər. Təhlükəsizlik qüvvələri polisə zəng edənin M.S.G. adlı şəxs olduğunu müəyyən edib. Polisdə ifadəsi alınan şəxs təyyarəyə gecikdiyi üçün belə bir yalan uydurduğunu etiraf edib. Məhkəmə "Hava nəqliyyat vasitəsinin hərəkət etməsinə mane olmaq” maddəsi üzrə ittiham edilən şəxsin 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.
Hikmət Hacıyevə Özbəkistan səfərində özəl hədiyyə - FOTO
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
İlham Əliyev Özbəkistanda dövlət səfərindədir - VİDEO
Prezident İlham Əliyevin səfəri Özbəkistan mediasının diqqət mərkəzində - VİDEO
Daşkənddə İlham Əliyevin dövlət səfəri ilə bağlı qarşılanma bannerləri yerləşdirilib - VİDEO
Daşkənd hava limanında Prezident İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri aparılır - VİDEO - YENİLƏNİB
İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB










