“Təzə Pir” məscidinin layihə rəhbərini dövlət qurumu səhv yayır? – Memardan İDDİA - FOTOSESSİYA

Şəhərsalma və Arxitektura üzrə Dövlət Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin “Instagram” səhifəsində yayımlanan paylaşım müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, paylaşımda “Təzə Pir” məscidinin layihə müəllifi kimi memar Zivər bəy Əhmədbəyovun adı göstərilib. Bununla bağlı mövqeyini bildirən memar Elçin Əliyev qeyd edib ki, bu məlumat tarixi faktlarla üst-üstə düşmür və müəllifliyin yanlış təqdim olunması ciddi problemdir.
Elçin Əliyevin sözlərinə görə, şəhər üçün məsul vəzifələrə təyin edilmiş, lakin mövzudan uzaq olan məmurların Azərbaycan mədəniyyətini təbliğ etmək istəyi anlaşılandır. Lakin müəllifliyin sistemli şəkildə bir şəxsdən alınıb başqasına aid edilməsi cəhdləri əks effekt yaradır. O vurğulayıb ki, XXI əsrdə, informasiyanın bu qədər əlçatan olduğu bir dövrdə tarixi faktların təhrif edilməsi mümkün və qəbulolunan deyil.
Memar əlavə edib ki, buna ümumiyyətlə ehtiyac da yoxdur. Azərbaycan mədəniyyəti çoxəsrlik zəngin irsə malikdir və faktların saxtalaşdırılmasına, yaxud gözə kül üfürməyə əsaslanan xırda fəndlərə möhtac deyil.
Elçin Əliyev tarixi mənbələrə istinad edərək bildirib ki, 1905-ci ildə Nabat xanım Xoca qızı Aşurbəyova (1795–1912) yeni “Təzə Pir” məscidinin inşasına qərar verərkən layihə üçün Polşa əsilli memar Yevgeni Yakovleviç Skibinskiyə (1858–1918) müraciət edib. Onun sözlərinə görə, Skibinskinin müəllifliyi həmin dövrün çoxsaylı qəzet və arxiv materialları ilə təsdiqlənir.

Məsələn, 6 mart 1911-ci ildə Rusiya imperiyasının “İmperator Memarlar Cəmiyyəti”nin rəsmi orqanı olan “Zodçiy” jurnalında Yevgeni Skibinskinin məqaləsi dərc olunub. Məqalədə memar Bakıda öz layihəsi əsasında inşa edilən sakral binanın tikinti prosesi barədə ətraflı məlumat verib.
Bundan başqa, 1973-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutu tərəfindən nəşr edilən, müəllifləri L. Bretanitski və A. Salamzadə olan “Sovet Azərbaycanının Memarlığı” kitabının üz qabığında “Təzə Pir” məscidinin fotosu yerləşdirilib və memar kimi Yevgeni Skibinskinin adı göstərilib.
Qeyd edilib ki, məscidin tikintisinə 23 iyul 1905-ci ildə, təməl daşının qoyulması ilə başlanılıb. Təəssüf ki, Nabat xanıma məscidin tikintisinin başa çatmasını görmək nəsib olmayıb. O, 1912-ci ildə, 117 yaşında vəfat edib. Daha sonra bu xeyirxah işi onun oğlu Abbasqulu davam etdirib və məscidin tikintisi 1914-cü ildə tamamlanıb.
Memar Elçin Əliyev hesab edir ki, bu kimi tarixi və mədəni irs nümunələri ilə bağlı paylaşımlar hazırlanarkən mütləq şəkildə etibarlı mənbələrə istinad edilməli, faktlar dəqiqliklə yoxlanılmalıdır. Əks halda bu, mədəni irsin təbliği deyil, onun yanlış təqdimatı anlamına gəlir.
Eltac Zülfüqaroğlu
Metro qatarlarına yeni yağınsöndürən balonlar quraşdırılıb; təlimatlar niyə rus dilindədir? - RƏSMİ - FOTO
Prezident Zəngəzur dəhlizinin icrasından danışdı
Qış parkındakı təmir işləri vətəndaşların hərəkətinə mane olur - FOTO
“Kapital Bank” hesabını “Apple Pay”a qoşmaq istəyən müştərinin kartını niyə bloklayıb? – RƏSMİ AÇIQLAMA
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Aprel ayı üçün maqnit qasırğalarının PROQNOZU
Suda qalan həmin BYD-nin son vəziyyəti: Usta "Fatihə"sini verdi - VİDEO
Bəzi yollarda duman olacaq, 300-800 metrədək ... - Sürücülərə XƏBƏRDARLIQ
Masazırda yol niyə çöküb? – Ekspert səbəbləri AÇIQLADI
Sərnişin və yük daşımalarına yeni qaydalar - Tələblər sərtləşdi
Nazirlər Kabineti yeni qərar qəbul etdi























