Ticarətlə məşğul olanlar sürücülərə təhlükə yaradır: Bakı-Qazax avtomagistralında - FOTO

Bölgələrdəki bir sıra yolların kənarlarında balıq ticarəti ilə məşğul olan satıcılar sürücülər üçün təhlükə yaradır. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, müxtəlif növ balıqları satışa çıxaran sakinlər onların diri qalması üçün müəyyən ölçülü qablara su doldurmalı olurlar.
Alqı-satqı yekunlaşdıqdan sonra isə balıqların saxlanıldığı mayelər magistral yollara axıdılır. Bakı-Qazax avtomagistralının Yevlax rayonun Aran qəsəbəsində keçən hissəsində yaranan təhlükə sürücüləri ciddi narahat edir. Onlar bildirirlər ki, yolda tez-tez hərəkət edən avtomobil sahibləri əraziyə diqqət etsələrdə, digərləri sürüşkən yoldan xəbərsiz olub minik vasitələrini qəzadan qaçıra bilmirlər.
Balıq ticarətinin Qarabağ kanalının üzərindəki körpüdə aparılması isə təhlükəni daha da artırır. Əgər şaxtalı havalarda yollar buz bağlasa, sükana hakim ola bilməyən sürücülər nəqliyyat vasitələrini kanala aşıra, qəza törədə bilərlər. Qarşıdakı günlərdə dəyişəcək hava şəraiti isə problemi daha da aktuallaşdırır.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI


















