Tikintisi davam edən sayca üçüncü RoPax tipli gəmi-bərədə yeniliklər tətbiq olunacaq - VİDEO

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda (BGZ) inşa edilən yeni nəsil Ro-Pax tipli gəmi-bərənin tikintisi qrafikə uyğun davam etdirilir.
Avtosfer.az ASCO-ya istinadən xəbər verir ki, layihə üzrə ümumi işlərin 70 %-i artıq tamamlanıb.
Artıq gəminin gövdə və mühəndislik işlərinin 99 %-i yerinə yetirilib. Satınalma və təchizat prosesində 94 %-lik irəliləyiş qeydə alınıb. Paralel olaraq elektrikquraşdırma işləri, mexanizmlərin montajı, izolyasiya və yaşayış sahələrinin inşası həyata keçirilir.
ASCO donanmasında bu tipdən sayca üçüncü olacaq Ro-Pax tipli gəmi-bərənin istismara verilməsi Xəzərdə, eləcə də Orta Dəhliz boyunca artan yük və sərnişin axınlarının fasiləsizliyinə, daşımaların davamlılığına mühüm töhfə verəcək.
Əvvəlki eynitipli gəmilərlə müqayisədə bu layihədə konstruktiv və funksional yeniliklər tətbiq edilir. Gəmidə təsərrüfat təyinatlı 3 tonluq kran quraşdırılacaq, həmçinin sıxılmış hava sistemi üçün əlavə saxlanc çənləri yerləşdiriləcək. Bərədə soyuducu konteynerlər üçün ayrıca elektrik qidalanma sisteminin və kargo bölməsində təhlükəli qazların aşkarlanmasını təmin edən infrastrukturun qurulması nəzərdə tutulur.
Bundan başqa, köpüklü yanğınsöndürmə sistemi üzrə əlavə tuşlayıcı avadanlıq, iki siyirtmə qapısı, bir metal qapı və bir əlavə qapaq da gəminin konstruksiyasına daxil ediləcək. Bərədə dəmiryolu xətlərinin avtomatik keçirilmə sistemi tətbiq ediləcək, yük platforması üzərində yeni tormozlama sistemi quraşdırılacaq.
Baş mühərrik otağında da yeniliklər olacaq. Bu bölmədə əlavə soyutma sistemi inteqrasiya ediləcək, həmçinin iki servis qapağı və iki xidməti kran yerləşdiriləcək. Layihə enerji səmərəliliyi prinsipləri və ətraf mühitə minimal təsir tələbləri əsasında həyata keçirilir.
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA











