“TikTok”un avtoxuliqanları silsiləsindən: Yaşayış ərazisində "at oynadan" “VAZ-2107” - VİDEO

Son zamanlarda sosial şəbəkələrdə bir-birindən geri qalmayan avtoxuliqan sürücülərin sayı artmaqdadır. “Avtoşluq” şousu göstərən bu sürücülər digər gənclərə düzgün nümunə olmamaqla yanaşı, qəza səbəbkarına çevrilirlər. Və işin ən acınacaqlı tərəfi baş verən ağır yol-nəqliyyat hadisələri zamanı həyatlarını itirmələri olur.
Avtosfer.az xəbər verir ki, ciddi qayda pozuntusuna baş vuran belə sürücülərdən biri videosunu “TikTok” sosial şəbəkəsində paylaşıb. Lentə alınan görüntülərdən də aydın olduğu kimi 90-BT-920 dövlət nömrə nişanlı, “VAZ-2107” markalı avtomobilin idarəçisi lüzumsuz manevrlər edərək “avtoşluq” şousu göstərib. Göstərdiyi avtoxuliqanlıq nümayişini maşınların aktiv hərəkət etdiyi yolda reklam etməklə yanaşı, yaşayış ərazisini hədəf seçməsi baş verə biləcək təhlükəni daha da artırır. Öz həyatı ilə oynayan “avtoş” sürücünün baş vurduğu qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsi ilə nizamlanır.
Qeyd edək ki, Bakı Dövlət Yol Polisindən saytımıza daxil olan məlumata əsasən, görüntülər nəzarətə götürülüb və müvafiq araşdırma aparılaraq sonda lazımi tədbir görüləcək.
Nərmin
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu










