"Titanik"in qəzaya uğramasının yeni versiyası üzə çıxdı

Dövrünün böyük layneri olan "Titanik"in qəzaya uğramasına yanacaq anbarında baş vermiş yanğın səbəb ola bilər. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə 30 il gəminin tarixini araşdırmaqla məşğul olmuş britaniyalı jurnalist Şenan Moloniyə istinadən "The Independent" qəzeti yazıb.
Moloninin iddiasına görə, göyərtədə yanğın gəmi Sautqempton şəhərindən (İngiltərə) çıxmamış baş verib və bir neçə həftə ərzində onu söndürmək cəhdləri uğursuzluqla nəticələnib.
Bu müddət ərzində laynerin örtüsü qızıb. Məhz buna görə aysberqlə toqquşma faciəyə gətirib çıxarıb və belə acınacaqlı sonluqla bitib.
"The Independent" yazır ki, jurnalist "Titanik" səyahətə çıxmamışdan əvvəl çəkilən şəkilləri təhlil etməyə müvəffəq olub. Tədqiqatçı aysberqlə toqquşmadan sonra gəminin zədələndiyi həmin örtü hissəsində his izləri aşkar edib. Mütəxəssislər his yerlərinin böyük ehtimal ki, laynerin yanacaq anbarlarından birində baş verən yanğın nəticəsində əmələ gəldiyini təsdiq ediblər.
Moloninin iddiasına görə, gəmi sahibləri yanğın barədə məlumatlı olublar, ancaq bu faktı sərnişinlərdən gizlədiblər. Gəmi heyətinə bu barədə susmaq tapşırığı verilib.
Yanğının təsiri nəticəsində gəminin müəyyən yerində üz qatı təqribən 1000 Selsi dərəcə temperaturadək qızıb ki, bu da 75 faizədək möhkəmliyini itirmiş polad üz qatını kövrək edib. "Titanik" səfərin 5-ci günü aysberqlə toqquşan zaman isə üz qatı dözməyib və göyərtədə böyük dəlik yaranıb.
Beləliklə, jurnalistin iddiasına görə, aysberqi 15 aprel 1912-ci ildə 1500-dən çox insanın həyatına son qoyan "Titanik" qəzasının yeganə günahkarı hesab etmək olmaz.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












