Tıxacdan qurtulmağın yolu – İş və dərs saatları dəyişdirilir?

Bakının bitməyən tıxac problemi son vaxtların əsas müzakirə mövzularından birinə çevrilib. Mütəxəssislər bunun səbəbi və həll yolu barədə müxtəlif variantlar irəli sürürlər. İş yerlərinin, dövlət qurumlarının və təhsil müəssisələrinin başlama saatının eyni, yəni saat 09:00-da olması sıxlığın əsas səbəblərindən biridir. Çünki həm işə gedən insanların, həm də tələbələrin eyni vaxtda yola çıxması tıxac yaradır. Mütəxəssislərin fikrincə, iş və dərs saatları üst-üstə düşməsə, problem nisbətən azala bilər.
Avtosfer.az xəbər verir ki, bu barədə“Bizim.Media” məsələ ilə bağlı ekspertlərin fikrini öyrənib.
Universitetlərdə dərsin başlama sistemi dəyişdirilə bilər?
Təhsil eksperti Elçin Süleymanov qeyd edib ki, universitetlərdə dərslərin həmin saatda başlamasının məcburiyyəti var. Çünki ali təhsil müəssisələrində dərslər əsasən 3 növbəli olur: Səhər, günorta və magistrlar üçün axşam növbəsi...
“Yəni, 3 növbəyə görə dərs saatının dəyişdirilməsi problem ola bilər. Ancaq bu, iş yerlərində mümkündür. Məsələn, 8-də başlayıb 5-də bitə bilər və ya səhər 10 axşam saat 7 kimi dəyişdirilə bilər”.
Nəqliyyat eksperti Rauf Ağamirzəyevin sözlərinə görə isə məsələ ciddi araşdırılmalı, ona görə tənzimlənməlidir:
“Problem təkcə saatların dəyişdirilməsiylə bitmir. Vaxt ümumi məsələyə təsir edəcək, amma bu, əsas çözüm deyil. Həmin vaxtda hansı vasitəylə hərəkət etdiyimiz də önəmlidir”.
Ekspert vurğulayıb ki, bu gün əsas problem saatlar yox, səfərlərin təşkilində fərdi nəqliyyatın faizinin çox olmasıdır:
“Bu da nəqliyyatın çox yüklənməsinə, tıxacın yaranmasına səbəb olur. Buna görə də nəqliyyatın yaxşılaşdırılması üçün başqa məsələlərə də istiqamətlənmək lazımdır. Məsələn, avtobus dayanacaqlarına gedən səkilərə nəzarət olunmalı, bariyerlər yığışdırılmalı, metro və dəmir yolu inkişaf etdirilməli, müəyyən xətlərin ayrılmaması və bundan yaranan sıxlıq problemi var. Bu həll olunmalı, dəmir yolunda qatar sayı artırılmalı, köhnə sənaye yolları modernləşdirilməlidir. Həmçinin, mövcud şəbəkə sağlamlaşdırılmalıdır, elə Binə və Maştağaya nəzər salsaq görərik ki, hər ikisi ayrıca şəhər kimidir. Ancaq ictimai nəqliyyat sadəcə avtobuslar vasitəsilədir. Bu problemlər həll olmadıqca, insanlar fərdi nəqliyyata üz tutacaqlar. Yəni, məsələnin əsas həll yolları bunlardır”.
Müsahibimiz sonda onu da bildirib ki, bu problemlər vaxtın dəyişdirilməsiylə birgə həll olunarsa, məsələyə müsbət təsir edər.
Piyada təhlükəsizliyi ilə bağlı yeni standart: Nə dəyişəcək?
Xəbərdarlıq edildi: SABAH DİQQƏTLİ OLUN
Bakıda bu ərazidə işıqforlar işləmir - VİDEO
Azərbaycanda qar yağacaq, duman olacaq - PROQNOZ
Bakıda yeni metrostansiya bu əraziləri əhatə edəcək - Bəs stansiyanın adı nə olacaq? - AÇIQLAMA
Bu gün avtomobil yolları işçilərinin peşə bayramı günüdür
Yüklə dolu maşınlar Bakı Beynəlxalq Dəniz Ticarət Limanında qalıb - Sürücülərdən şikayət - VİDEO
Azərbaycanda zəlzələ olub – FOTO
Ramazan ayının dördüncü günün duası - İmsak və iftar vaxtı
Dövlət Mühafizə Xidməti öz işini icra edib: Təxribatın hüquqi təhlili - VİDEO
“İmprotex Motors”la bağlanan 2 milyonluq müqavilə iddialarına - MİLLİ MƏCLİSDƏN CAVAB










